KULÜP Holding rəqəmsallaşan dünyada yeni iş imkanlarını yaxından izləyir: qlobal, beynəlxalq, regional çapda gerçəkləşdirdiyi layihələri ilə sərmayəçilərinə qazanc gətirməyi hədəfləyir. Bu günə qədər sınaqdan keçirilməmiş və ya müasir texnoloji imkanlarla gəlir modeli yaratma potansialı olan hər bir layihə Klub Holdingin maraq dairəsindədir.

KULÜP Holdingin müşavir heyətində olan insanlar rəqəmsal dünyadakı iş təcrübələri ilə lahiyələri qiymətləndirir və daha sonra onlara məsləhətçilik edir. Öz sahələrində bir neçə uğurlu layihələri gerçəkləşdirmiş heyət üzvləri və Klub Holdingin təcrübəli heyəti sayəsində hər bir fikir bir məhsula çevrilir.

KULÜP Holding sadəcə layihəni maliyələşdirmə mərhələsində deyil, eyni zamanda həmin layihələri fikir mərhələsindən ələ almağa, inkişaf prosesi, məhsulun hazırlanması və marketinq fəaliyyətlərinin demək olar ki, hər birində yaxından dəstək verir.

BAZAR Yeni bir sənaye inqilabının astanasında olan dünyamızda rəqəmsal dəyişikliklər insan həyatına çox böyük ölçüdə təsir göstərəcək bir səviyəyə çatmışdır. Mobil cihazların artması və internet əhatə dairəsinin genişlənməsi sayəsində 2018-ci il etibarilə dünya əhalisinin 53%-i internetdən istifadə edir. Dünya əhalisinin 49%-i isə mobil internet istifadəçisidir. Bu hesablamaları rəqəmlərə çevirdikdə isə 4.02 milyard insanı əhatə edən böyük bir bazar meydana çıxmış olur. İnternetdən daha az istifadə edən yaşlı nəsil belə artıq buna daha çox zaman ayırır. Buna görə də yaşlı nəsil adlandırdığımız sinif üçün yeni məhsul və xidmətlər istehsal edən yeni bazarlara ehtiyac yaranır.

*We Are Social 2018 Dünya İnternet, Sosial Media ve Mobil İstifadəçisi Statistikaları.

SƏRMAYƏ SEKTORLARIMIZ

Sərmayə yatırmağı hədəflədiyimiz sahələr, rəqəmsal dəyişmə/geridönüş, internet üzərində işləyən xidmətləri əhatə edir.
Maraq dairəmizdə olan əsas mövzular aşağıdakı kimidir:

Məlumat Depolamaq - Məlumat Mərkəzi (Datacenter), Bulud (Cloud)
Süni intellekt - Görüntü İşləmə Sistemləri, Təbii Dil İşləmə İnterfeysləri, Aparatların Öyrənilməsi, Dərin Öyrənmə Alqoritmaları
Blockchain - Mərkəzsiz Dağınıq Proqramlaşdırma Sistemləri, Kripto Pullar, ILP əsaslı Maliyə Tətbiqetməsi
Məlumat Analiz – Məlumat Əlavəetmə, Məlumat Təmizləmə, Məlumat Modelləşdirmə/Analiz
Sosial Media – Mobil sosial media vasitələri
Təhsil – Online tədris, Tədris oyunları.

KULÜP Holding Anonim Şirketi